Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan layihələr əsasında ötən ay günərzi qayğı mərkəzlərinə 630 uşaq cəlb olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, həmin layihələr uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi daşıyır.
Ölkəmizin 21 şəhər və rayonunda (Ağsu, Ağdaş, Bərdə, Cəlilabad, Gəncə, Xaçmaz, İmişli, Qax, Qazax, Qobustan, Qəbələ, Quba, Lənkəran, Masallı, Oğuz, Samux, Sabirabad, Şabran, Şəmkir, Şirvan, Ucar) qurulan günərzi mərkəzlərdə 3-12 yaş arası və həssas qruplara aid olan uşaqların sosial reabilitasiyası işləri aparılır.
Həmin mərkəzlərdə uşaqlar korreksiya, abilitasiya və reabilitasiya xidmətlərinin təşkili istiqamətində yarımstasionar formada sosial xidmətlərlə təmin edilir. Onlara sosial psixoloji, nevroloji, pedaqoji və digər xidmətlərlə yanaşı, ailələrinə hüquqi məsləhət xidmətləri də göstərilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:22 / 20.06.2023
Ötən ay qayğı mərkəzlərinə 600-dən çox uşaq cəlb olunub
Hazırda oxunan: Ötən ay qayğı mərkəzlərinə 600-dən çox uşaq cəlb olunub
Hazırda oxunan: Ötən ay qayğı mərkəzlərinə 600-dən çox uşaq cəlb olunub
142270
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.