Vüsal Hüseynov: “Ölkəmizdə qaçqınların və məcburi köçkünlərin hüquqları qanunvericiliklə tənzimlənir”

Hazırda oxunan: Vüsal Hüseynov: “Ölkəmizdə qaçqınların və məcburi köçkünlərin hüquqları qanunvericiliklə tənzimlənir”

142268

“Azərbaycanın qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlərdə təcrübəsi vardır. Bu insanların zəruri problemlərinin həll edilməsi, inteqrasiyası istiqamətində mühüm tədbirlər görülüb”. 

2020-ci ildə Vətən müharibəsində Zəfərimizdən sonra artıq məcburi köçkünlərimiz öz doğma evlərinə qayıdırlar. 

Bizim.Media xəbər verir ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov iyunun 19-da Ümumdünya Qaçqınlar Günü ilə bağlı keçirilən tədbirdə söyləyib. 

O vurğulayıb ki, qaçqınların problemlərinin həlli üçün ən mühüm amil maraqlı tərəflərin bir araya gəlməsidir. 

Qaçqınların sayının ildən-ilə artdığını deyən Vüsal Hüseynov bildirib ki, irqçilik, islamofobiya və digər amillərin bu məsələdə rolu böyükdür. O, həmçinin diqqətə çatdırıb ki, ölkəmizdə qaçqınların və məcburi köçkünlərin hüquqları qanunvericiliklə tənzimlənir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin