“"Bolt" şirkətinin prezidenti Yevgeni Kabanov ilə onlayn görüş keçirdik. Bakı şəhərinin taksi bazarında mövcud problemləri və sektorun tənzimlənməsi ilə bağlı planlarımızı müzakirə etdik”.
Bizim.Media xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün “Twitter” hesabında məlumat verib.
Bildirilib ki, Rəşad Nəbiyev "Bolt" şirkətinin prezidenti Yevgeni Kabanov ilə onlayn görüş keçirib.
Nazir qeyd edib ki, görüşdə, ekoloji təmiz, keyfiyyətli və dayanıqlı taksi xidmətinin təşkilində aqreqatorların rolu haqqında fikir mübadiləsi aparılıb.
Bizim.Media
"Bolt" şirkətinin prezidenti Yevgeni Kabanov ilə onlayn görüş keçirdik. Bakı şəhərinin taksi bazarında mövcud problemləri və sektorun tənzimlənməsi ilə bağlı planlarımızı müzakirə etdik.
— Rashad Nabiyev (@RashadNNabiyev) June 19, 2023