Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, görülən tədbirlər çərçivəsində “Baku Food House” MMC tərəfindən Rusiya Federasiyasından idxal olunan “Stavropolskiy Broyler” MMC-nin istehsalı olan 20338 kiloqram dondurulmuş toyuq hissələri məhsulundan götürülmüş nümunələrin müayinələri nəticəsində salmonella aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qərar qəbul edilib.
Verilmiş qərara əsasən həmin istehsalçının məhsulunun idxalına müvəqqəti qadağa qoyulub və idxalçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:18 / 19.06.2023
Rusiyadan gətirilən dondurulmuş toyuq yararsız çıxdı - FOTO
Hazırda oxunan: Rusiyadan gətirilən dondurulmuş toyuq yararsız çıxdı - FOTO
Hazırda oxunan: Rusiyadan gətirilən dondurulmuş toyuq yararsız çıxdı - FOTO
142233
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.