Növbəti köç karvanı Laçına çatdı

Hazırda oxunan: Növbəti köç karvanı Laçına çatdı

142220

Bu gün növbəti köç karvanı Laçın şəhərinə çatıb.

Bizim.Media xəbər verir ki, şəhərin girişində Həkəri çayın üzərində Laçına köçürülən növbəti ailələrin qarşılanma mərasimi keçirilib.

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayоn İcra Haкimiyyətinin rəsmiləri iştirak ediblər.

Bu mərhələdə Laçın şəhərinə 44 nəfərdən ibarət 13 ailənin köçürülməsi baş tutub.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da indiyədək Laçın şəhərinə köçürülən ailələrin sayı 55 ailə, 213 nəfərin daimi məskunlaşması təmin edilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin