Hökumət portallarında yaranan nasazlıqların səbəbi MƏLUM OLDU - “AzInTelecom” - dan AÇIQLAMA 

Hazırda oxunan: Hökumət portallarında yaranan nasazlıqların səbəbi MƏLUM OLDU - “AzInTelecom” - dan AÇIQLAMA 

142219

“AzInTelecom” MMC iyunun 16-da ölkədə bir sıra informasiya sistemlərində yaranmış dayanmalarla bağlı daha bir açıqlama yayıb.

Məsələ ilə bağlı qurumdan Bizim.Media-ya verilən məlumata görə, dayanmanın qeydə alındığı andan etibarən şirkət mütəxəssisləri tərəfindən dərhal müdaxilə edilib və 1 (bir) saat ərzində çətinlik aradan qaldırılıb:

“Növbəti saatlarda “AzInTelecom” MMC-dən xidmət əldə edən tərəfdaşlarla əlaqə saxlanılaraq onların sistemlərində qeydə alınan çətinliklər aradan qaldırılıb və həmin gün bir neçə saat ərzində bütün qurumların xidmətlərinin əlçatanlığı təmin edilib.

Qeyd etmək istərdik ki, “AzInTelecom” MMC-yə məxsus olan infrastruktura daxil olan bütün avadanlıqlar beynəlxalq təhlükəsizlik və dayanlıqlılıq standartlarına uyğundur və təchizatçı şirkət tərəfindən avadanlıqları beynəlxalq zəmanət verilir. Dayanma baş verən anda dərhal beynəlxalq təchizatçı şirkətə müraciət olunub”. 
Qurumdan bildirilib ki, təchizatçı şirkətin texniki dəstək komandası və beynəlxalq mühəndislər tərəfindən araşdırmalar davam etdirilir:

“Baş verən hadisə çox az rastlanan hal olduğu üçün beynəlxalq şirkət tərəfindən aparılan araşdırmanın yekunlaşdırılmasına vaxt tələb olunur. Beynəlxalq təchizatçı şirkət tərəfindən baş verən nasazlığın səbəbləri barədə “AzInTelecom” MMC-yə hesabat təqdim edildikdən sonra ictimaiyyətə məlumat veriləcək”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin