Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçirilib.
DİN-dən Bizim.Media-ya verilən məlumata görə, tədbir zamanı əvvəllər də narkotiklərin satışını təşkil etdiyi üçün məhkum olunan Rəşad Quliyev saxlanılıb.
Onun üzərində axtarış aparılan zaman 3 kiloqrama yaxın narkotik vasitə olan heroin aşkar edilib.
Saxlanılan şəxs narkotik vasitəni “instagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə əldə etdiyini və narkokuryerliyə cəlb olunduğunu bildirib. Rəşad Quliyev barəsində İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.
Qeyd edilib ki, Binəqədi rayonunda cari ilin may ayının əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 46 nəfər saxlanılıb. Onların hər biri barəsində araşdırmalar davam etdirilir.
Bizim.Media