AMEA-dan Ağdamda tapılan insan qalıqları ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: AMEA-dan Ağdamda tapılan insan qalıqları ilə bağlı AÇIQLAMA

142165

"Ağdam rayonu Sarıcalı kəndi ərazisində, Ağdam-Bərdə avtomobil yolunun kənarında insan qalıqları aşkar edilib. Bu məlumat əsasında 50 kvadrat metr ərazidə dərinləşdirmə işləri aparılır".

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bunu AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı Vüsal Həsənov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ağdamda kütləvi məzarlıq AŞKARLANDI – FOTO  


O bildirib ki, mövcud yer səviyyəısindən təxminən 40-50 sm ərazidə və 3 fərqli yerdə insan qalıqları tapılıb:

"Bir nöqtədə ən azı iki, digər nöqtələrdə isə hər birində bir nəfər olmaqla azı dörd insan qalığı tapılıb. Təbii ki, say, cinsiyyət, sümüklərdə olan travmalar tam bəlli deyil. Bu eksperlər tərəfində müəyyən ediləcək".

V.Həsənovun sözlərinə görə, ərazidə heç bir dəfn əlaməti aşkarlanmayıb: "İnsanlar təsadüfən yol kənarına atılıb. Zamanla sümüklərdə dəyişikliklər baş verib. Ola bilər ki, antropogen, yaxud da anatomik ardıcıllıq tamamilə pozulub. Çünki bura çox dayaz ərazidir. İnsan qalıqları tamamən fərqli hissələrdə yerləşir, bəziləri isə heç tapılmayıb".

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin