Xəbər verildiyi kimi, iyunun 18-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon Xok kənd sakini 2006-cı il təvəllüdlü Aysun İbrahimovanın qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda cinayət işi başlanıb. (//genprosecutor.gov.az/az/post/6435)
Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda deyilir.
Prokurorluq və Daxili işlər orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən birgə keçirilən tədbirlər nəticəsində 1999-cu il təvəllüdlü Sərvin Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla həmkəndlisi Aysun İbrahimovaya xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Sərvin Məmmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:10 / 19.06.2023
Naxçıvanda 17 yaşlı qızın ölümü ilə bağlı cinayət işi başlandı
Hazırda oxunan: Naxçıvanda 17 yaşlı qızın ölümü ilə bağlı cinayət işi başlandı
Hazırda oxunan: Naxçıvanda 17 yaşlı qızın ölümü ilə bağlı cinayət işi başlandı
142157
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.