Martın 13-dən sonra nə baş verəcək? – 5 aprelə kimi...

Hazırda oxunan: Martın 13-dən sonra nə baş verəcək? – 5 aprelə kimi...

14208

Son günlər Azərbaycanda koronavirusa yoluxmada artım dinamikası müşahidə edilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni qapanmalara gedəcəyi və bayram günləri üçün bəzi məhdudlaşdırıcı tədbirlər tətbiq edəcəyi bildirilir.

Novruz bayramında insanların bir-birlərinə ziyarət etməsi ilə bağlı çoxluq nəzərə alınaraq yenidən sərt karantin rejimi tətbiq edilə bilər.

İddialara görə 15 martdan 5 aprelə kimi SMS-icazə sistemi bərpa ediləcək, rayonlara gediş-gəliş bağlanacaq, həmçinin kafe, restoran və ictimai iaşə obyektlərinin fəaliyyəti qismən məhdudlaşıdırılacaq.

Bütün bunlarla bağlı rəsmi qərar hələki yoxdur. Məlumatlara görə martın 13-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi təşkil olunacaq. Növbəti həftədə və bayram günlərində karantin rejimi ilə əlaqədar yeni qaydalar açıqlanacaq. 

Hazırda ölkədə epidemioloji durumun narahat doğuracaq səviyyədə olmadığını hesab edən bəzi həkim və infeksionistlər növbəti qapanmalara ehtiyac olmadığını bildirirlər.

Onların fikrincə, ölkədə epidemioloji durumun gərginləşməsi insanların məsuliyyətindən asılıdır. Bunun üçün isə karantin davranışlarına ciddi riayət olunması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsidir.   

İnfeksionistlərin sözlərinə görə, yoluxma sayının artmasında məktəblərin, universitetlərin və bağçaların açılması  böyük rol oynayır. İctimai nəqliyyatdan istifadə edənlərin sayının artması və nəqliyyat sahəsindəki yükləmə də məhz təhsilin yenidən bərpa olunması ilə bağlıdır. 

Bizim.Media-ya açıqlama verən Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədovun sözlərinə görə karantin rejiminin sərtləşəcəyi ilə bağlı hələlik heç bir rəsmi qərar yoxdur. 
 

MÖVZU İLƏ BAĞLI:

8 martda toy və şou proqramlara necə icazə verilib? – DİN-dən AÇIQLAMA


Qeyd edək ki, Azərbaycanda koronavirus ötən il fevralın 28-də mövcud olub. O vaxtdan indiyədək ölkədə mərhələli şəkildə sərt karantin rejimi tətbiq edilir. Pandemiya dövründə iri ticarət mərkəzləri, mol, teatr və kino zalları fəaıliyyəti bərpa edilməyən sahələr içərisindədir. 

Azərbaycanda koronavirus infeksiyasına son bir gündə 195 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 6 nəfər koronavirusdan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 236 min 963 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 min 789 nəfər müalicə olunaraq sağalıb, 3 min 247 nəfər vəfat edib. Hazırda 3 min 927 aktiv xəstə var.

Son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 624, bu günə qədər isə ümumilikdə 2 milyon 657 min 999 test icra olunub.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin