Naxçıvan Muxtar Respublikasında daha bir sabiq məmur həbs edilib.
Bizim.Media-ın əldə etdiyi məlumata görə, MR-nın sabiq Təhsil naziri Məmməd Qəribov saxlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Naxçıvanın sabiq daxili işlər nazirinin həbsi təsdiqləndi - FOTO
Xəbəri Baş Prokurorluğun Mətbuat Xidməti Bizim.Media-ya açıqlamasında təsdiqləyib.
Xatırladaq ki, Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov da dünən həbs edilib.
Mətbuatda onun mənimsəmədə təqsirləndirilərək saxlanıldığı və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildiyi yazılıb.
Bizim.Media