Vüqar Qurbanov: “Modul tipli xəstəxanaların təyinatı ilə bağlı layihələr hazırlanır”

Hazırda oxunan: Vüqar Qurbanov: “Modul tipli xəstəxanaların təyinatı ilə bağlı layihələr hazırlanır”

141963

“COVID-19 xəstəliyinə yoluxan xəstələrin sayı azaldığı üçün Məhəmmədi qəsəbəsində yerləşən modul tipli COVID xəstəxanası saxlanılmaqla digərlərinin fəaliyyəti tam dayandırılıb”.

Bizim.Media xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə müsahibəsində deyib. 

“TƏBİB-in tabeliyində olan tibb müəssisələrində daha çox hansı sahələrə bina ehtiyacı və yaxud tibbi xidmətin keyfiyyətinin artırılması ilə bağlı hər hansı bir ehtiyac olduğu halda modul tipli xəstəxanalardan istifadə edirik. Saray qəsəbəsindəki modul xəstəxana vərəm əleyhinə xəstəxana olaraq fəaliyyətə başladı.  
Digər müəssisələr üzrə də layihələr hazırlanır. Razılaşdırmadan sonra digər modul tipli xəstəxanaların təyinatı dəyişdirilərək ehtiyacı olan sahələr üzrə yönləndiriləcək”, - deyə V. Qurbanov bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin