Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını kobud və davamlı şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən xəbərə görə, yol polisi əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə dövlət qeydiyyat nişanı olmadan, qanunla qadağan edilməsinə baxmayaraq, avtomobilə konstruksiya dəyişikliyi edərək yol hərəkəti qaydalarını nümayişkaranə şəkildə pozduqları, digər hərəkət iştirakçılarına təhlükə yaratdıqları aşkarlanıb:
“Sözügedən şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb.
Həmin şəxslərdən bir neçəsinin daha əvvəl də anoloji inzibati xəta törədərək məsuliyyətə cəlb olunduğu müəyən edilib. Nəqliyyat vasitələrini idarə edən şəxslərin əksəriyyətinin Vətən Müharibəsi iştirakçıları, qazilər olması isə təəssüf doğuran haldır.”-deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, saxlanılan sürücülərə eyni əmələ görə dəfələrlə xəbərdarlıq edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:09 / 17.06.2023
Lənkəranda yol hərəkəti qaydalarını pozan qazilər SAXLANILDI - FOTO
Hazırda oxunan: Lənkəranda yol hərəkəti qaydalarını pozan qazilər SAXLANILDI - FOTO
Hazırda oxunan: Lənkəranda yol hərəkəti qaydalarını pozan qazilər SAXLANILDI - FOTO
141938
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.