Azad edilən ərazilərdə bələdiyyələr yaradılacaq

Hazırda oxunan: Azad edilən ərazilərdə bələdiyyələr yaradılacaq

14193

Azərbaycanda bələdiyyələr 1999-cu ildən fəaliyyət göstərir. Erməni işğalı nəticəsində indiyə qədər 950-dən çox yaşayış məntəqəsində bələdiyyə seçkiləri keçirilməyib və həmin ərazilərdən olan soydaşlarımızın konstitusyon hüquqları pozulub.

Bizim.Media xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edən nazir müavini bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərimizdə minalardan təmizlənmə və dəymiş ziyanın qiymətləndirilməsi işləri aparılır:

"Bu işlər yekunlaşdıqdan sonra işğaldan azad edilmiş ərazilərdə yerli özünüidarə orqanlarının yaradılmasına başlanılacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin