Azərbaycanda iyunun 18-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Mülayim cənub küləyi gecəyə doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-23°, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz təşkil
Abşeron çimərliklərində gözlənilən hava şəraiti: mülayim cənub küləyi gecəyə doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba) 22-23°, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.
Azərbaycanın rayonlarında əsasən gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21° isti olacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:44 / 17.06.2023
Sabahın hava PROQNOZU: Bəzi yerlərə leysan yağacaq
Hazırda oxunan: Sabahın hava PROQNOZU: Bəzi yerlərə leysan yağacaq
Hazırda oxunan: Sabahın hava PROQNOZU: Bəzi yerlərə leysan yağacaq
141920
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.