Vüqar Qurbanov: “Koronavirusa yoluxan xəstələrə tibbi yardımlar əvvəlki qaydada davam etdirilir”

Hazırda oxunan: Vüqar Qurbanov: “Koronavirusa yoluxan xəstələrə tibbi yardımlar əvvəlki qaydada davam etdirilir”

141915

“COVID-19 pandemiyası ilə bağlı olaraq ölkəmizdə karantin rejimi davam edir. Səhiyyə müəssisələri də karantin rejiminə uyğun olaraq həm stasionar, həm də ambulator müalicə alan xəstələrə tibbi yardımları əvvəlki qaydada aparırlar”. 

Bizim.Media xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə müsahibəsində deyib. 

Ölkəmizdə vaksinasiya prosesinin də davam etdiyini diqqətə çatdıran V.Qurbanov bildirib:

"Hazırda ehtiyac olan kateqoriya müraciət etdiyi halda vaksinasiya həyata keçirilir. Proses müvafiq tibb müəssisələrində aparılır və bununla bağlı hər hansı bir problem yoxdur". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin