“Bəziləri buna mane olur” - Parlamentdə soyadların milliləşdirilməsinin müzakirəsi

Hazırda oxunan: “Bəziləri buna mane olur” - Parlamentdə soyadların milliləşdirilməsinin müzakirəsi

14190

“Azərbaycanda soyadların dəyişdirilməsi çox çətin prosesdir. Bu prosesin asanlaşdırılmasına ehtiyac var. Bəziləri yuxarıdan göstəriş almayıb deyə buna mane olur”.

Bizim.Media-nın məlumatına görə, bu fikirləri  millət vəkili Sabir Rüstəmxanlı parlamenitn bugünkü iclasında səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Novruz bayramında yolların qapadılması düzgün olmaz” - Fazil Mustafa


“Ədliyyə Nazirliyi göstəriş verə bilər ki, yeni tələbə uyğun soyadlar milliləşdirilsin. Böyük rüsumlar tələb edilir. Əhalinin buna imkanı yoxdur. Sizdən xahiş edirəm ki, bu təklifimi nazirliyə çatdırın. Yerli idarələrə tapşırılsın ki, vətəndaşların bu arzusunu yerinə yetirsinlər”.

Vitse-spiker Əli Hüseynli deputata cavab olaraq bildirib ki, məsələ ilə bağlı  ittiham etməli heç kəs yoxdur:

“Soyadlardakı “ov, yev, ova” şəkilçilərinin milli sonluqlarla əvəz edilməsi vətəndaşın istəyi ilə bağlıdır. Soyad sonluqlarının dəyişdirilməsində heç bir məcburiyyət yoxdur, bu prosedur könüllüdür.

Ədliyyə Nazirliyi isə vətəndaşın arzu və istəyini icra edir. İndi istənilən Azərbaycan vətəndaşı öz soyadının sonluğunu milli sonluqla əvəz edə bilər”- deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin