“Əgər hər hansı aksiya bir qrupun yox, ölkə qadınlarının maraqlarını təmin etmirsə, digərlərinin hüquqlarını məcburi məhdudlaşdırmağa (ailədə) gətirirsə, bu ciddi fəsaddır, təhlükədir”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova “Facebook” hesabında ötən gün feminist qadınların keçirdiyi aksiyaya münasibətində qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
İcazəsiz aksiyanın qarşısı alındı – BAKIDA - FOTO
O, aksiyaya iki rakusdan yanaşıb:
“Aksiyanın müsbət tərəfi o idi ki, bütün cəmiyyət qadın hüquqlarını müzakirə və diqqət etdi. Bu yaxsı hal idi. Lakin istənilən aksiyanın yaxsı təsirini qüvvədə saxlamaq üçün cox ciddi düşünmək, sloqanları düzgün seçmək onun uğurunun əldə edilməsinə yüklənir.
Bu aksiyada mənfi tərəf isə daha ciddi təsirlərə çevrildi. Keçən dəfəki aksiyadan sonra daha da dərinləşdi. Keçən aksiyanın nəticələrindən xəbər tutmadan, yeni aksiya təşkil etmək doğru addım deyil.
Çünki, keçən aksiyadan sonra bir cox ailələr arasında xof, qorxu və aqressiya yaranmışdı. Bəzi valideynlər qızlarına verdiyi təbii azadlıqlarını məhdudlaşdırmaqla onları qorumağa yönəlik tədbirlərə əl atmışdılar”.
Hüquq müdafiəçisi əlavə edib ki, hələ də bəzi ailələrdə “feminst (əxlaqsız) olub, o şüarlarla yasamaq istəyirsən” deyən təpkilər var:
“Biz qadın hüquqlarının bərabərliyini, yeni qorxularla aktuallaşdırıb, məhdudlaşdırmamalıyıq. İş, təhsil, karyera üçün irəli getmək imkanı olanların yolunu düşünülməmiş şüarlarla bağlamamalıyıq. Əslində deməyim budur”.
Qeyd edək ki. ötən gün bir qrup feminist qadın Bakının Nizami küçəsində, “Torqovı” adlanan ərazidə aksiya keçirib.
Aksiya iştirakçıları qadınlara qarşı zorakılıq edilməsini və qadınların qətlə yetirilməsini pisləyib, “Şiddətə susma!”, “Şiddətə dözmə!” şüarları səsləndiriblər.
Alçina Amilqızı, Bizim.Media