Son vaxtlar sosial şəbəkədə yeni fırıldaqçılar peyda olub. Onlar pul qazanmaq istəyən sadəlöhv adamların etibarından istifadə edərək onlara şirnikləndirici vədlərlə aldadır, onlara müxtəlif aksesuarları dəyərindən 10-15 dəfə baha qiymətə satırlar.
Guya onların təqdim etdikləri pulqablarında, muncuqlarda, bəzək daşlarında qeyri-adi hikmət var. Hər kim bu pulqabını üstündə gəzdirsə, onun pulu aşıb-daşacaq. Beləcə, asan yolla varlanmaq istəyən adamları fırıldaqçılar aldadaraq mallarını dəyərindən qat-qat baha qiymətə satırlar.
Məsələn, fırıldaqçı şəbəkə 10-15 manatlıq adi pul kisəsini 300-400, bəzi hallarda isə 700 manata satırlar. Beləcə, onlar külli miqdarda pul qazanırlar. Qəribədir ki, bu fırıldaqçı şəbəkəyə heç bir müdaxilə hələki yoxdur. Ona görə də fırıldaqçıların qurbanlarının sayı günbəgün artır.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan bildirdi ki, bu cür işlər hamısı günahdır:
“İnanclı adam o pul kisəsinə, muncuğa inanırsa, çox böyük günah eləmiş olur. Bu Allaha şərik qoşmaq deməkdir. Allahdan ümidini üzməkdir. Çünki, hər bir insan öz əməyinin və əməlinin qarşılığında mükafatını alır. Heç bir faydalı əməklə məşğul olmayan insan nə qədər də pul kisəsi alsa da onun cibi pulla dolmayacaq. Bunlar hamısı xurafatdır, mövhümatdır. XXI əsrdə buna inanmaq sadəcə ağılsızlıqdır. Pulqabı pulqabıdır də, nə fərqi var? Pulqabı almaqla varlanmaq mümkün olsa idi, onda elə hər kəs özünə gündə bir pulqabı tikərdi”.
Tural İrfan onu da əlavə edib ki, bu cəhalətin və fırıldaqçılığın qarşısını almaq üçün hökmən marifləndirmə işi aparılmalıdır:
“Araşdırmaq lazımdır ki, bu cür materiallar hansı ölkədən və nə məqsədlə gətirilir. Bu cür hadisələr cahilliyin göstəricisidir. Bir zamanlar bir məktub yazırdılar və onu 7 adama göndərirdilər. Və tövsiyə edirdilər ki, məktub alan hər bir şəxs onu daha 7 nəfərə göndərməlidir.
Guya bununla həmin adam böyük uğurlara sahib çıxacaq.
Amma indiki fırıldaqçılığın sırf kommersiya maraqları var. Belə cahil variantlar əsasən İrandan ixrac olunur. Hətta bir zamanlar İrandan Azərbaycana məhərrəmlikdə sinə vurmaq üçün zəncirlər göndərirdilər. Guya bu zəncirlə özünü döyən adam o biri dünyada cənnəti satən alır. Halbuki, satılan hər zəncir nə qədərsə pul demək idi”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:20 / 17.06.2023
Yeni FIRILDAQÇILIQ METODU – “Kim bu əşyanı alsa, pulu aşıb-daşacaq” – FOTOFAKT
Hazırda oxunan: Yeni FIRILDAQÇILIQ METODU – “Kim bu əşyanı alsa, pulu aşıb-daşacaq” – FOTOFAKT
Hazırda oxunan: Yeni FIRILDAQÇILIQ METODU – “Kim bu əşyanı alsa, pulu aşıb-daşacaq” – FOTOFAKT
141875
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.