Keçmiş həyat yoldaşının yaşadığı evə gələrək onlara məxsus maşını zədələyir.
Bizim.Media xəbər verir ki, görüntülər müşahidə kamerasına düşüb.
Hadisə gecə saatlarında Sabirabadda baş verib.
Rayon sakini, Miri Əliyev iddia edir ki, keçmiş kürəkəni, Kürdəmir rayonunun Mehdili kənd sakini, Daşqın Mehdiyev sərxoş halda onların yaşadığı evə hücum edib. Evin qarşısında dayanan, onlara məxsus minik avtomobilini dəmir linglə yarasız hala salıb.
İnsidentin qarşısını almaq istəyən Daşqın Mehdiyev keçmiş qaynı Miri Əliyevə və keçmiş həyat yoldaşı 35 yaşlı Günel Mehdiyevaya xəsarətlər yetirib.
İddiaya görə, onlar arasında yaşanan gərginlik aliment məsələsinə görə olub. Polisə məlumat veriləndən sonra əməli törədən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Daşqın Mehdiyev saxlanılaraq polis şöbəsinə gətirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media