Paytaxtda TIXAC VAR: 178 avtobus mənzilbaşına GECİKİR 

Hazırda oxunan: Paytaxtda TIXAC VAR: 178 avtobus mənzilbaşına GECİKİR 

141804

Vahid Dispetçer Xidmətinin bu gün axşam pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 59 müntəzəm marşrut xətti üzrə 178 avtobusun hərəkət intervalında gecikmələr var. 

Bakı Nəqliyyat Agentliyindən Bizim.Media-ya bildirilib ki, aşağıdakı istiqamətlər üzrə gecikmələr müşahidə edilir: 

1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 18-20 dəqiqə gecikmə müşahidə olunur. 
2. 3-cü mikrorayon dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cəfərov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 16-18 dəqiqədir. 

3. Şah İsmayıl Xətai prospekti Təhsil Nazirliyi istiqamətində sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 11, 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-18 dəqiqə gecikmə müşahidə olunur. 

4. Binəqədi şosesi – Binəqədi istiqamətində sıxlıq müşahidə edilir. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-18 dəqiqə gecikmə var. 

5. Koroğlu Rəhimov küçəsi – hər iki istiqamətində sıxlıq müşahidə edilir. Bu səbəbdən həmin ərazidən keçən 13 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 20-25 dəqiqə gecikmə müşahidə olunur. 

6. Xocalı prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 20-23 dəqiqə gecikmə var. 

7. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M. K. Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-18 dəqiqə gecikmə müşahidə olunur. 

8. Tbilisi prospekti – 20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-16 dəqiqə gecikmə qeydə alınır. 

9. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, E1, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-20 dəqiqə gecikmə müşahidə olunur. 

10. Badamdar şosesi, Mikayıl Müşviq küçəsi, Parlament prospekti istiqamətində 3, 29, 31, 53 və 206 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə var. 

11. Mikayıl Useynov prospekti Azneft meydanı istiqamətində 5, 6, 53, 88, 125,149 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-30 dəqiqə gecikmə müşahidə olunur. 

12. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti Azneft dairəsi istiqamətində 5, 18, 88, 125,149 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-18 dəqiqə gecikmə müşahidə edilir. 

13. Kövkəb Səfərəliyeva küçəsi Neftçilər prospekti istiqamətində 21, 30, 32, 49, 175 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 23-25 dəqiqə gecikmə qeydə alınır. 

14. Zabrat şosesi – Maştağa qəsəbəsi istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-18 dəqiqə gecikmə müşahidə olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin