Zakir Həsənov düşmən təxribatının qarşısının alınması barədə GÖSTƏRİŞ VERDİ  

Hazırda oxunan: Zakir Həsənov düşmən təxribatının qarşısının alınması barədə GÖSTƏRİŞ VERDİ  

141758

İyunun 16-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2023-cü ilin birinci yarım ilinin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib. 

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, iclasda nazir müavinləri, baş idarə, idarə və xidmət rəisləri, həmçinin hərbi birlik və birləşmə komandirləri iştirak edib. 

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və AzərbaycanRespublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Müdafiə naziri giriş nitqi ilə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modeli əsasında inkişaf etməsi ordu quruculuğu istiqamətində aparılan islahatların müsbət nəticəsinin göstəricisidir fikirlərini xüsusilə vurğulayıb.

Bildirilib ki, bu sahədə cari ilin birinci yarısında görülən işlər nəticəsində artıq müəyyən nailiyyətlər qazanılıb. 
İclasda 2023-cü ilin birinci yarısında bütün qoşun (qüvvə) növlərinin xidməti-döyüş fəaliyyəti təhlil edilib, Azərbaycan Ordusunun imkan və qabiliyyətlərinin artırılması, əməliyyat və döyüş hazırlığı, mühəndis tədbirləri, kəşfiyyat fəaliyyəti, peşəkar kadrlarla komplektləşdirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, hərbi təhsilin inkişafı, habelə hərbi hissələrdə aparılan tikinti-quruculuq işləri, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması və digər sahələrdə görülən tədbirlər barədə geniş məruzələr dinlənilib. 

Sonra Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib.

General-polkovnik Z.Həsənov Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən mövqelərimizin intensiv atəşə tutulmasının, habelə Qarabağ iqtisadi rayonu ərazisində qeyri-qanuni hərbi daşımaların və uzunmüddətli fortifikasiya qurğularının quraşdırılması cəhdlərinin qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən bundan sonra da zəruri cavab tədbirlərinin görülməsi, qarşı tərəfin fəaliyyətinin daim müşahidə edilməsi və istənilən təxribatının qarşısının qətiyyətlə alınmasına hər an hazır olması barədə göstərişlər verib. 

Yekun nitqi ilə çıxış edən müdafiə naziri Ali Baş Komandan tərəfindən 2023-cü ilin növbəti yarımili üçün Azərbaycan Ordusu qarşısında qoyulan tapşırıqları kollegiya iştirakçılarına çatdırıb, şəxsi heyətin sağlamlığı və təhlükəsizliyinin qorunması, peşəkarlıq və döyüş hazırlığının daha da artırılması, habelə qoşunların döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasına xüsusi diqqət yetirilməsini tapşırıb. 
Kollegiya iclasının sonunda müdafiə nazirinin təltif əmrləri elan edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin