Avtovağzalların təşkili qaydası MÜƏYYƏNLƏŞİR  

Hazırda oxunan: Avtovağzalların təşkili qaydası MÜƏYYƏNLƏŞİR  

141737

Əhalisinin sayı üç yüz min nəfərədək olan yaşayış məntəqələrində bir, əhalisinin sayı üç yüz min nəfərdən çox olan yaşayış məntəqələrində iki və ya daha çox avtovağzal (avtostansiya) təşkil oluna bilər. 

Bizim.Media xəbr verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 

Qeyd edək ki, avtovağzallar (avtostansiyalar) sərnişin daşınmasını yerinə yetirən daşıyıcılara və sərnişinlərə xidmət göstərilməsi məqsədilə ayrı-ayrı şəhərlərdə və rayonların inzibati mərkəzlərində, habelə sərnişin axını intensiv olan iri nəqliyyat qovşaqlarında təşkil olunur. 
Qanun qəbul ediləcəyi halda 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək. 

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin