2022-2023-cü tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, bəzi direktorların əmək müqaviləsinə xitam verilib, həmçinin bir sıra məktəb direktorlarının iş yerləri dəyişdirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Bizim.Media-ya bildirilib ki, idarə tabeliyindəki ümumi təhsil müəssisələrinə 41 nəfər direktor vəzifəsinə təyin olunub, 24 direktorun iş yeri dəyişdirilib.
149 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 33 direktorla müddətli əmək müqaviləsi bağlanıb.
Müxtəlif əsaslarla 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:06 / 16.06.2023
Bakıda 18 məktəb direktoru işdən ÇIXARILIB
Hazırda oxunan: Bakıda 18 məktəb direktoru işdən ÇIXARILIB
Hazırda oxunan: Bakıda 18 məktəb direktoru işdən ÇIXARILIB
141732
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.