21 yaşlı Seyidov Gəncəliyevin bıçaq xəsarətləri alması barədə rayon polis şöbəsində araşdırmalar başlanıb.
Bu barədə Bizim.Media-nın yerli bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Balakəndə 21 yaşlı gənc BIÇAQLANDI
Bildirilib ki, ilkin araşdırma zamanı Seyidov Gəncəliyevə bıçaqla xəsarət yetirən şəxsin rayon sakini Pərviz Abdullayev olduğu müəyyən edilib.
Keçirilən tədbir zamanı o, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Hadisənin mübahisə zəminində baş verdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma davam edir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu