Badamdardakı sürüşməyə yaponiyalı mütəxəssislər cəlb olunub

Hazırda oxunan: Badamdardakı sürüşməyə yaponiyalı mütəxəssislər cəlb olunub

14169

“Dünən Badamdarda baş verən hadisə sürüşmə deyil”.

Bunu Bizim.Media-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahibova söyləyib.

“Sadəcə olaraq sonuncu dəfə olan torpaq sürüşməsi yerinə torpaq axını dolub. Hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyirlər”

Fövqaladə Hallar Nazirliyindən isə Bizim.Media-ya söylədilər ki, ərazidə iş gedir:
 

MÖVZU İLƏ BAĞLI:

Nazirlikdən Badamdardakı sürüşmə ilə bağlı AÇIQLAMA


“Fəsadları aradan qaldırmaq üçün araşdırma işlərinə yaponiyalı mütəxəssislər cəlb olunub. Torpaq axıntısı baş vermiş yamacın yuxarı hissəsində drenaj quyusu qazılır. Quyuların hər birinin diametri 3,5 metr, dərinliyi 30 metr olanacaq. Bu quyuların qazılması qurunt sularının kənarlaşdırılmasına kömək edəcək”.

Xatırladaq ki Bakının Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində sonuncu sürüşmə yanvarın 28-də baş verib. 

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin