“Formula-1”x9d Avropa Qran Prisinin kuboku ictimaiyyətə təqdim olundu -Foto

Hazırda oxunan: “Formula-1”x9d Avropa Qran Prisinin kuboku ictimaiyyətə təqdim olundu -Foto

141645

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Azərbaycanda ilk dəfə keçirilən “Formula-1”x9d Avropa Qran Prisindən sonra yarışın rəsmi kubokunu ictimaiyyətə təqdim aedib.

Kubokun dizaynı öndən baxdıqda Azərbaycanın rəmzi sayılan məşəli xatırladır. 

Belə ki, içi qızılı qırmızı rəngdə olan lövhə ilə əhatə olunmuş milli xalçadan ibarət gümüşü sütun suyun üzərinə yerləşdirilib. Burada su, özündə qələbəni əks etdirən Xəzər dənizini təmsil edir. Üst hissəsinə gümüş sütunun bərkidildiyi fundament ön üzündə “Formula-1”x9d-in loqosu əks olunur. Kubokun fundamentinin yuxarı hissəsinə Azərbaycan bayrağının rənglərində olan üç halqa qoyulub.

Kubok, forma və dizayn baxımından birlik və tərəqqi konsepsiyası çərçivəsində ərsəyə gətirilib və əsas simvolik milli elementlər olan od, hava və suyun bədii tərənnümü vasitəsi ilə ölkənin mədəni irsi və kimliyini əks etdirmək üçün xüsusi olaraq hazırlanıb. Bununla da, kubok Azərbaycan xalqının inam, güc, birlik və şöhrətini təsvir edən bu elementlərin hamısını özündə birləşdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin