Laçında 1200 nəfər işlə təmin olunacaq

Hazırda oxunan: Laçında 1200 nəfər işlə təmin olunacaq

141606

Mətbuatda Laçın şəhərinə köçürülmüş sakinlərin işlə təminatında problemlərin olması barədə məlumat yayılıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Laçın şəhər sakinlərinə dəstək məqsədilə yaradılacaq (qida, sənaye, yaradıcılıq, tədris, turizm, tekstil və digər xidmətlər) müəssisələrdə 1200 nəfərin işlə təmin olunması nəzərdə tutulub.

Hazırda 260 nəfər Laçın şəhər sakinləri təlimlərə cəlb olunaraq işə qəbul olunub.

Laçına köçən və işlə bağlı müraciət edən sakinlərə uyğun vakansiyalar təklif olunur və heç bir məhdudiyyət qoyulmur.

Mətbuatda iş problemi ilə fikirləri getmiş Könül Nəcəfovanın həyat yoldaşı İskəndər Nəcəfov və övladı Emil Nəcəfov yüksək əmək haqqı ilə işlə təmin olunublar.

O cümlədən, Gündüz Təhməzov və ailə üzvlərinin də müraciətlərinə baxılaraq işlər təklif olunub. Lakın təklif olunan iş Gündüz Təhməzovun sağlamlıq durumuna uyğun olmadığı üçün başqa işlə təmin olunmasını xahiş edib və bununla bağlı da tədbirlər görülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin