Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi qaydaları müəyyənləşib.
Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə qərar imzalayıb.
Qərara əsasən, yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi məsələlərini tənzimləyir.
Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi dövlət sifarişi əsasında həyata keçirilir. Peşə təhsili müəssisələrinin maliyyələşdirilməsinin dövlət sifarişi əsasında həyata keçirilməsi, texniki peşə təhsili və yüksək texniki peşə təhsili səviyyələrini əhatə edir.
Tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün peşə təhsili müəssisələri dövlət sifarişinin yerinə yetirilməsində iştirak edə bilərlər. Dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığı adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir.
Peşə təhsili müəssisələrində 2023- 2026-cı illərdə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına bu Qaydalara uyğun olaraq artım əmsalı tətbiq edilir.
Yəni müasir infrastruktur, maddi-texniki və tədris bazasına malik olan peşə təhsili müəssisələrində dövlət sifarişi əsasında hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına 1,75 artım əmsalı tətbiq edilir.
Hər növbəti təqvim ili üçün dövlət büdcəsinin vəsaiti hesabına adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət sifarişi ilə kadr hazırlığını həyata keçirəcək peşə təhsili müəssisələrinin siyahısı və təhsilalanların sayı, eləcə də hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalı tətbiq ediləcək təhsilalanların sayı Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:50 / 15.06.2023
Dövlət sifarişli təhsilalanların xərclərinə ayrılan vəsait ARTIRILDI
Hazırda oxunan: Dövlət sifarişli təhsilalanların xərclərinə ayrılan vəsait ARTIRILDI
Hazırda oxunan: Dövlət sifarişli təhsilalanların xərclərinə ayrılan vəsait ARTIRILDI
141587
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.