Bu günlərdə “Bakı Tikiş Evi”x9d (BTE) tikdiyi məktəbli formasının qiymətini 8,5 faiz artırdığını bildirdi.xa0
Bildiyimiz kimi, valideynlər onsuz da BTE-nin tikdiyi məktəbli formasının həm keyfiyyətindən, həm də qiymətinin baha olmasından narazılıq edirdilər. Məktəbli formalarının ölçüləri düzgün olmadığından valideynlər geyimə ödədikləri puldan əlavə də xərcə düşürlər.
Nəzərə alsaq ki, ölkədə ikinci devalvasiyadan sonra insanların iqtisadi səviyyəsi bir qədər aşağı düşüb. Görəsən, bu vəziyyətdə məktəbli geyimlərinin qiymətinin daha da artırılması xa0nə qədər doğrudur? Övladlarına məktəbli geyimi almağa imkanı çatmayan valideynlər vəziyyətdən necə çıxmalıdırlar?
Moderator.az-ın mövzuyla bağlı suallarına təhsil eksperti Məlahət Mürşüdlü aydınlıq gətirib.
M.Mürşüdlü məktəbli formasının qiymətinin artırılmasını doğru hesab etmədiyini bildirib:xa0
“Geyimlərin 8.5 faiz bahalaşdırılması yolverilməzdir. Bu qiymətlər ölkənin iqtisadi durumu ilə də tərs mütənasibdir. İnsanların əmək haqları, təqaüdləri artırılmayıb, o üzdən BTE-nin birdən-birə bu qiymətə əl atmasını düzgün qiymətləndirmirəm”x9d. xa0
Ekspert çıxış yolunu məktəblərin fərdi qaydada forma tikdirməsində görüb:xa0
“Bir təcrübəni danışmaq istəyirəm, məktəblər var ki, formanı hansısa atelyedə, hansısa dərzidə kütləvi şəkildə sifariş verir. Direktorlar bu işə qarışmır, valideyn komitələrinin rəhbərləri atelyə tapır, qiyməti danışır. Daha sonra əvvəlcədən danışılıb razılığa gəlinmiş atelyenin ünvanı valideynə verilir və valideyn tam istədiyi ölçüdə geyim tikdirir. Bu zaman həm keyfiyyətli parça seçilir, həm geyimlər uşaqların ölçülərinə uyğun tikilir, həm də qat-qat ucuz başa gəlir. BTE-nin tikdiyi geyimlərin həm ölçüsü düz gəlmir, həm qiymətlər valideynlərin büdcəsinə uyğun olmur, həm də geyimin alınması zamanı növbələr, get-gəllər yaranır.xa0
Rumiyyə



































































































