"Murov Qartalı" ləqəbli şəhid Polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Orucov da bu gün məzun olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhidin kiçik övladı Nihat Bakı Oksford Məktəbindən məzun olaraq müstəqil həyata qədəm qoyub.
Oğlunun son zəng mərasimində iştirak edən Sevinc Orucova Nihadın şəkillərini paylaşaraq qeyd edib:
"Bu gün Nihadımız Bakı Oksford Məktəbindən məzun oldu. Müstəqil həyata ilk qədəmlərini qoyur. Əminəm Raquf həmişə onu qoruyacaq. Özü cismən yanımızda olmasa da, Nihadı göylərdən seyr edib qürur duyur. Həmişə sənə layiq olmağa çalışdıq, Raquf!"
Xatırladaq ki, Raquf Orucov 2016-cı ilin aprel döyüşləri zamanı, xüsusi təyinatlı qüvvələrin zabiti kimi Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklərin azad edilməsi uğrunda aparılan hərbi əməliyyat zamanı şəhid olub.
Cəsur komandir iki oğul atası idi.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
19:00 / 14.06.2023
Şəhid Raquf Orucovun oğlu da məzunlar sırasında olub - FOTO
Hazırda oxunan: Şəhid Raquf Orucovun oğlu da məzunlar sırasında olub - FOTO
Hazırda oxunan: Şəhid Raquf Orucovun oğlu da məzunlar sırasında olub - FOTO
141477
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.