BİZİM TƏQVİM: 15 iyun Milli Qurtuluş Günüdür

Hazırda oxunan: BİZİM TƏQVİM: 15 iyun Milli Qurtuluş Günüdür

141462

1993-cü ilin Ulu öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilib. Müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi ağır ictimai-siyasi böhrandan, vətəndaş müharibəsi təhlükəsindən nicat yolunu Heydər Əliyevdə görən xalqımız dahi şəxsiyyəti hakimiyyətə dəvət etdi. 

Ulu öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü və gənc müstəqil respublikanı parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Həmin gün ölkəmizin taleyində dönüş anı oldu.

Milli Məclisin qərarı ilə 1997-ci ildən etibarən 15 iyun - Milli Qurtuluş Günü kimi qeyd olunmağa başlanıb.

Bəs, iyunun 15-də dünyada daha hansı hadisələr baş verib?

1. 1215-ci il 15 iyunda İngiltərə kralı Con tərəfindən “Magna Carta” - Böyük Azadlıq qərarı imzalanıb. Ölkənin ilk konstitusiya sənədi sayılan “Magna Carta” kralın səlahiyyətlərini məhdudlaşdırdı və xalqa bir sıra hüquq və azadlıqlar verib.

2. 1389-cu ilin 15 iyununda knyaz Lazarın sərkərdəliyi ilə serblərlə bosniyalıların birləşmiş qoşunları və Sultan I Muradın rəhbərlik etdiyi Osmanlı ordusu arasında həlledici döyüş baş verib. Bu müharibədə osmanlılar qəti qələbə qazanaraq Serbiyanı öz imperiyalarının vassalına çevirdilər. Bundan sonra Serbiya 400 il Osmanlı dövlətinin tərkibində olub.

3. 15 iyun 1667-ci ildə Fransalı həkim Jan-Batist Deni ilk dəfə olaraq insan orqanizmində qanköçürməni həyata keçirib.

4. 1844-cü ilin bu günündə Amerikalı ixtiraçı və sənayeçi Çarlz Qudyear kauçukun gücləndirilməsi prosesini, vulkanizasiyanı kəşf edərək patentləşdirib. İxtiraçının ölümündən təxminən 40 il sonra qurulan və hazırda dünyada avtomobil şinləri istehsalçısı olan “Goodyear” şirkəti məhz bu alimin şərəfinə özünə belə bir ad seçib.

5. 15 iyun 1896-cı ildə Yaponiyanın Sanriku bölgəsində meydana gələn zəlzələ 40 metrlik sunami dalğaları yaradaraq 22 mindən çox adamın ölümünə, 11 mindən artıq evin dağılmasına gətirib çıxarıb.

6. 1954-cü ilin 15 iyununda İsveçrənin Bazel şəhərində Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) təsis edilib. Hazırda bu qurum 55 milli futbol assosiasiyanı birləşdirir.

7. 15 iyun 1997-ci ildə Türkiyənin başçılığı ilə 8 inkişaf etmiş İslam ölkəsi - İndoneziya, İran, Malayziya, Misir, Nigeriya, Pakistan və Banqladeş D-8 Əməkdaşlıq Təşkilatını qurdu.

15 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Vətənə məhəbbət mövzusu yaradıcılığının leytmotivini olan Norveç bəstəkarı, pianoçu və dirijor Edvard Qriq 1843-cü ilin bu günü dünyaya gəlib.

2. Azərbaycan rəssamı, Azərbaycan karikatura sənətinin banisi, Azərbaycan SSR xalq artisti, Əmək Qəhrəmanı Əzim Əzimzadə 15 iyun 1943-cü ildə vəfat edib.

3. Tanınmış Azərbaycan bəstəkarı Hacı Xanməmmədov 1918-ci il 15 iyunda dünyaya gəlib.

4. Azərbaycanın xalq şairi Hüseyn Arif 1924-cü ilin bu günü anadan olub.  Şeirlərinə xeyli mahnı bəstələnən Hüseyn Arif yaradıcılığının səciyyəvi xüsusiyyətləri zərif lirika, təbiətə və vətənə dərin məhəbbətdir (1924-1992).

5. 1992-ci il iyunun 15-də Ağdamın Naxçıvanik kəndində jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev faciəli şəkildə həlak olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin