“Bakıda təşkil edilmiş “Formula-1”x9d yolu çox nadirdir, indiyədək belə yola rast gəlməmişik”x9d.
xa0
Bunu Fransa səfirliyində təşkil edilmiş qəbulda “Renault Sport Racing”x9d-in direktoru Frederik Vasör jurnalistlərə açıqlamasında deyib.
xa0
F. Vasör deyib ki, Bakıda ilk dəfə keçirilməsinə baxmayaraq, Azərbaycan “Formula 1”x9d yarışlarına çox yüksək səviyyədə hazırlaşıb: “Surət xa0də həddindən artıq böyükdür. Nəzərə almaq lazımdır ki, yollarda döngələr var və şəhər içində olduğuna görə burda səhv etmək hüququmuz yoxdur, dəqiq sürməliyik. “Renault”x9d komandası isə yenidən qurulur. Müəyyən ambisiyalarımız var ki, qarşıdan gələn illərdə onun həyata keçirilməsini planlaşdırırıq”x9d.
xa0
Daha sonra jurnalistlərə açıqlama verən “Renault Sport Racing”x9d-in nümayəndəsi Jan Pol Drio bildirib ki, Bakıda hazırlıqlar yüksək səviyyədədir: “Burda quraşdırılan qurğuların yüksək keyfiyyətə malik olması bizdə müsbət xa0təəssürat yaratdı. Özümüzü şəhər içində deyil, adi “Formula 1”x9d yarışında iştirak edirmiş kimi hiss edirik”x9d.
xa0
Qeyd xa0edək ki, “Renault Sport Racing”x9d-in direktoru Frederik Vasör artıq on ildən çoxdur ki, ən öndə olan komanda direktorlarından biridir. Çoxsaylı uğurlara görə tanınan “ART Grand Prix”x9d komandası ilə Frederik Vasör hazırki “Formula 1”x9d yarışmasının pilotlarının - Levis Hamilton, Valtteri Bottas və Niko Rosberqin hazırlanmasında mühüm rol oynayıb.































































































