Tanınmış səyyahlar Suqovuşan su anbarında oldular - FOTO

Hazırda oxunan: Tanınmış səyyahlar Suqovuşan su anbarında oldular - FOTO

141430

Qarabağda dördgünlük səfərdə olan məşhur səyyahlar Suqovuşan su anbarında olublar.

Bizim.Media xəbər verir ki, qonaqlara su anbarının yaranma tarixindən danışılıb.

1976-cı ildə istifadəyə verilmiş Suqovuşan su anbarı Tərtərçay və Turağaçay çaylarının sularından əmələ gəlir. Ümumi həcmi 5,86 milyon kubmetr olan su anbarından gələn sudan Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarında 96 min 217 hektar ərazini su ilə təmin etmək nəzərdə tutulur. Suqovuşan su anbarı 28 il işğal altında olduğundan torpaq sahələrinin su ilə təminatında ciddi çətinliklər yaranıb. 

Bundan başqa, suyun axıdılmaması Tərtərçayda ciddi ekoloji problemlər yaradıb. Suqovuşanın işğaldan azad edilməsi rayonda ekoloji tarazlığın bərpası ilə yanaşı, uzun illər su təminatının çətin olduğu bu rayonları su ilə təmin edib, eləcə də əkin sahələrinin fasiləsiz becərilməsinə, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın təmin olunmasına səbəb olub.
Suqovuşan su anbarından suyun Tərtərçaya axıdılması nəticəsində Tərtər, Goranboy, Bərdə və Yevlax rayonlarına su verilib.

Qeyd edək ki, bu gün dünya şöhrətli səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura dördgünlük səfəri başlayıb. Nümayəndə heyəti 4 gün ərzində Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa avtomobil yolunun marşrutu üzrə hərəkət edəcək.

Səfər dünyaca məşhur MTP (Most Traveled People) təşkilatı tərəfindən təşkil olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin