Mikayıl Cabbarov özünün 3 illik fəaliyyətini yoxlatdırır?

Hazırda oxunan: Mikayıl Cabbarov özünün 3 illik fəaliyyətini yoxlatdırır?

141390
Növbəti dərs ilinin yekunlaşmasından sonra 9 aylıq gərgin atmosferdən xilas olan şagirdlər yay tətilinə buraxılsalar və müəllimlər azad nəfəs alsalar da məktəb direktorları haqqında bunu demək olmaz. 

Əksinə, görünür bu yayı məktəb direktoraları kabinetlərində sənədlər arasında var-gəl etməklə keçirəcəklər. Belə ki, Təhsil Nazirliyindən gələn xüsusi tapşırıq Bakı Baş Təhsil İdarəsinin tabeçiliyində olan 300-dən yuxarı orta məktəbin direktorlarının kefinə soğan doğrayıb... 

Moderator.az - a daxil olan məlumata görə məktəb direktorlarına Mikayıl Cabbarov nazir təyin olunduğu 2013-cü ilin 19 aprelindən bu ilin 31 mayınadək işə götürülən və işdən çıxarılan təkcə müəllimlərin və digər kateqoriyadan olan pedqoji işçilərin deyil, hətta qaravulçudan, texniki işçilərdən tutmuş katibəyədək hər kəsin işə götürülməsi əmrini və buna icazə verilib - verilməməsini təsdiq edən sənədlərlə birlikdə BBTİ-yə təqdim etmək tapşırılıb. 

Məktəb direktorları iddia edir ki, bu o qədər ağır bir işdir ki, bütün yay uzunu işləsələr də bu sənədlərin hamısını axtarıb tapıb idarəyə təqdim etmək praktik cəhətdən mümkün deyil. Bu azmış kimi, son 3 il ərzində nəinki əmək haqlarının hesablanması, hətta sosial müavinətlərin və məzuniyyət haqlarının necə hesablanması barədə də BBTİ-yə müvafiq sənədlər təqdim edilməsi tapşırılıb.
 
İndi hamı bir suala cavab axtarır, olmaya Mikayıl Cabbarov özünün 3 illik fəaliyyətini yoxlatdırır? Hamı bu suala çiyinlərini çəkməklə cavab verir, çünki ağılabatan məntiqli cavab tapılması da müşküldür...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin