“Formula-1”x9d yarışları ilə əlaqədar olaraq paytaxtda dilənçilərə qarşı reydlər həyata keçirilir. Maraqlıdır, bu cür reydlərlə Azərbaycaan gələn turistlərin nəzərində ölkəmizin xoş, firavan görüntüsünü formalaşdırmaq mümkündürmü? Ümumiyyətlə, səfalətə, aclığa qarşı reydlər hesabına mübarizə aparmaq nə dərəcədə effektiv ola bilər?
Bununla bağlı Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Namizəd Səfərov bu kimi addımlarla yalnız əcnəbiləri aldatmağın mümkün olduğunu, bunun real vəziyyətə təsir etməyəcəyini vurğulayıb:
“Bu cür addımalrla ölkəyə gələn qonaqlarda belə bir təəssürat oyatmaq istəyirlər ki, guya insanlar çox xoşbəxt və firavan yaşayır. Ola bilsin ki, bu cür addımlarla xariciləri aldatmaq mümkün olsun. Lakin heç kim bu xalqı aldada bilməz. Aclığa, səfalətə qarşı reydlər vasitəsi ilə mübarizə fayda verə bilməz. Xalqın nə qədər çətin şəraitdə yaşadığı, nə qədər əmək haqqı aldığını, bu gündən sabaha ümid etmədiyini hamımız yaxşı bilirik.
Əcnəbilər 10-15 gündən sonra öz ölkələrinə qayıdacaqlar. Onların öz həyatı, öz yaşamı var. Əsas Azərbaycan insanının həyatı haqqında düşünmək lazımdır. Qonaqları aldatmaqla iş bitmir. Vətəndaşların qayğısına qalmaq lazımdır. Real vəziyyəti rəngli divarlar arxasında gizlətməklə nəyəsə nail olmaq mümkün deyil. Xalqa göstərmək lazımdır ki, hakimiyyət onun yaxşı yaşaması üçün lazımi addımlar atır. Həyata keçirilməsi gərəkən işlər bunlardır”x9d.
xa0
Seymur Əliyev





























































































