Bu gün Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen zavodunda baş verən yanğın nəticəsində atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən hazırda sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürülür.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirliyin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Sumqayıtdakı yanğına görə atmosfer havasının monitorinqlərinə BAŞLANILDI
O bildirib ki, götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək.
Bizim.Media