Ukrayna məktəbinin direktoru İlham Əliyevə TƏŞƏKKÜR ETDİ  

Hazırda oxunan: Ukrayna məktəbinin direktoru İlham Əliyevə TƏŞƏKKÜR ETDİ  

141287

“Azərbaycan Prezidenti İlham Əliyevə çox təşəkkür edirik, məhz onun sayəsində müharibə zamanı ziyan görmüş məktəbimiz təmir olunub”. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bunu Bakıda jurnalistlərə Ukraynanın İrpen şəhərindəki akademik Zərifə Əliyeva adına orta məktəbin direktoru, Ukraynanın əməkdar müəllimi Valentina Antonenko deyib. 

“Artıq üçüncü dəfədir mənə doğma olan Azərbaycandayam. Məktəbimiz Naxçıvanın Şahtaxtı kəndində yerləşən, elə Zərifə xanım Əliyevanın adını daşıyan məktəblə qardaşlaşıb”, - deyə o bildirib. 

Direktorun sözlərinə görə, İrpendəki akademik Zərifə Əliyeva adına məktəbdə cəmi ay yarım ərzində genişmiqyaslı təmir işləri aparılıb və sentyabrın 2-dən şagirdlər partaların arxasına əyləşiblər, dərslərə başlanılıb. 
V.Antonenko Azərbaycan və Ukraynanın təhsil müəssisələri, o cümlədən Bakıdakı akademik Zərifə Əliyeva adına lisey ilə İrpendəki akademik Zərifə Əliyeva adına məktəb arasında əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin