13 iyun 2023-cü il tarixində “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda Qaz məhsullarının qəbulu və buraxılışı sahəsində yanğın baş verib. İlkin ehtimala görə yanğın xammal tutumunda baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə "SOCAR Downstream Management" MMC məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Sumqayıtda zavod YANIR: Nazir müavini hadisə yerindədir – YENİLƏNİB/VİDEO
Məlumata görə, yanğın qeydə alındıqdan sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hazırda müvafiq soyutma tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Yanğın zamanı bir nəfər yüngül xəsarət alıb.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Bizim.Media