Bərdədə “Milli Qurtuluş günü”x9d münasibəti ilə geniş konsert proqramı keçirildi

Hazırda oxunan: Bərdədə “Milli Qurtuluş günü”x9d münasibəti ilə geniş konsert proqramı keçirildi

141181
15 iyun 2016-cı il tarixdə Heydər Əliyev adına park-bulvarda Bərdə rayon Gənclər və İdman idarəsinin,YAP rayon təşkilatı Gənclər Birliyinin və Bülbül adına şəhər 1 saylı Uşaq incəsənət məktəbinin birgə təşkilatçılığı ilə “Milli Qurtuluş günü”x9d münasibəti ilə geniş konsert proqramı rayon əhalisinə təqdim olunmuşdur.

Tədbiri giriş sözü ilə Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov açaraq tamaşaçıları təşkilatçılar adından salamladı.O,qeyd etdi ki,Azərbaycan tarixinin Heydər Əliyev dövrü vətənini və millətini təhlükələrdən qurtararaq ardıcıl inkişaf yoluna cıxaran nəhəng şəxsiyyətin zamanın fövqünə yüksəlməsinə parlaq bir nümunədir.Xalqımızın dərin zəkasını,yenilməz iradəsini və əzmini təcəssüm etdirən,böyük siyasi və dövlət xadimlərimizin,tarixi səxsiyyətlərimizin dövlətçilik ənənələrini XX əsrin sonlarında davam etdirərək daha da zənginləşdirən Heydər Əliyev uzaqgörənliyi və müdrikliyi,hünəri və cəsarəti,mərdliyi və fədakarlığı sayəsində müstəqil Azərbaycan dövlətini yaratdı,qoruyub saxladı,öz dühasının şah əsəri olan bu dövləti indiki və gələcək nəsillərə ərmağan etdi.Bu gün də ulu öndərin siyasəti,onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirin aparıcısı Səbuhi Qasımov konserti açıq elan etdi.

Tədbirdə xalq,bəstəkar və xarici bəstəkarların mahnıları,meyxana və rəqs musiqiləri ifa olundu.

“Qarabağ”x9d ansamblının (bədii rəhbər Ədalət Şərifov) müşayəti ilə Yasin Təhməzovun, Fuad Əzizzadənin, Elnur Məmmədovun, Ərəstun Əliyevin, Firdovsi Məmmədovun, Murad Əlizadənin, meyxanaçılar Namiq və İsmət qardaşlarının, gitaraçılar İbrahim Abbasovun və Fuad Şirinovun, Rauf Həmidovun və klarnet ifaçısı Ayxanın ifasında səslənən şən və ritmik mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Oğlanlardan ibarət ”x9dVətən”x9d və qızlardan ibarət “Uğur”x9d rəqs qrupları ilə birgə tamaşaçılar da oynadılar. Müsiqi nömrələri vaxtı nümayiş etdirilən atəşfəşanlıq konsertə xüsusi gözəllik verdi.

Tədbirin sonunda YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin sədri Fərid Fərzəliyev çıxış edərək konsertin ərsəyə gəlməsində yaradılan şəraitə görə Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayevə öz adından və könüllü gənclər adından minnətdarlığını bildirdi və qeyd etdi ki, əhalinin asudə vaxtlarının səmərəli keçirmələri üçün konsert proqramları yay aylarında davam etdiriləcəkdir.
Bərdədə “Milli Qurtuluş günü”x9d münasibəti ilə geniş konsert proqramı  keçirildi Bərdədə “Milli Qurtuluş günü”x9d münasibəti ilə geniş konsert proqramı  keçirildi Bərdədə “Milli Qurtuluş günü”x9d münasibəti ilə geniş konsert proqramı  keçirildi Bərdədə “Milli Qurtuluş günü”x9d münasibəti ilə geniş konsert proqramı  keçirildi Bərdədə “Milli Qurtuluş günü”x9d münasibəti ilə geniş konsert proqramı  keçirildi Bərdədə “Milli Qurtuluş günü”x9d münasibəti ilə geniş konsert proqramı  keçirildi Bərdədə “Milli Qurtuluş günü”x9d münasibəti ilə geniş konsert proqramı  keçirildi
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin