Bulvarda kaktusların kəsilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub

Hazırda oxunan: Bulvarda kaktusların kəsilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub

141114

Bakı bulvarında kaktusların kəsilməsi və yandırılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. 

Bu barədə Bizim.Media-ya Dənizkənarı Bulvar İdarəsindən məlumat verilib. 

Bildirilib ki, İdarə Milli Parkda kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər barədə məlumatlıdır. Olay barədə məlumat daxil olandan dərhal sonra hüquq-mühafizə orqanlarına müraciət olunub. Aparılan araşdırmadan sonra qanuna uyğun tədbirlərin görülməsi üçün müvafiq addımlar atılacaq. 

Dənizkənarı Bulvar İdarəsi bildirir ki, Bulvarın mühafizəsi üçün lazım olan bütün addımları atıb.

Lakin Milli Parkın böyük ərazini əhatə etdiyini və insanların sıx ziyarət etdiyi yer olmasını nəzərə alsaq, o zaman bu məkanda nizam-intizama əməl olunması, səliqə-səhmanın qorunması üçün insanların da üzərinə böyük məsuliyyət düşür. 

Bəzi şəxslər vətəndaş məsuliyyətini dərk etmir. Milli Park hər kəsin, kaktuslara zərər verən şəxsin də milli dəyəri olmalıdır. Burada xoş istirahət keçirmək, gözəlliklərdən zövq almaq üçün yaradılan şəraiti hamı qorumalıdır. Amma təəssüf hisssi ilə qeyd edirik ki, bəzi insanlar yaradılan bu gözəlliklərə zərər vurur. 
Dənizkənarı Bulvar İdarəsi bir daha insanları paytaxtımızın gözəlliyində xüsusi yeri olan Milli Parkı qorumağa çağırır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin