İntizam Komissiyası: "Yəqin, Razi Nurullayevin həmin an əhval-ruhiyyəsi fərqli olub"

Hazırda oxunan: İntizam Komissiyası: "Yəqin, Razi Nurullayevin həmin an əhval-ruhiyyəsi fərqli olub"

141094

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Razi Nurullayevin sosial şəbəkə hesabında qəlyanla şəklini paylaşması ciddi müzakirə yaradıb. Buna görə deputatı tənqid edənlər parlamentin İntizam Komissiyasının onunla bağlı tədbir görəcəyini ehtimal edirlər.

Bizim.Media xəbər verir ki, Milli Məclisin İntizam Komissiyasının üzvü Nəsib Məhəməliyev isə pravda.az-a açıqlamasında deyib ki, Komissiya belə məsələlərlə bağlı məşğul olmur. 


“Hər bir deputatın özünün fərdi baxışları, subyektiv fikirləri var. Ümumiyyətlə, düşünmürəm ki, həmkarlarımın fikirlərinə hansısa münasibət bildirim.

Bu, Razi Nurullayevin şəxsi fikirləridir. Cəmiyyətin qəbul edib-etməməsi öz işidir. Azərbaycanda demokratik cəmiyyətdir, fikir plüralizmi var. Hər bir insan öz fikirlərində azaddır. Gərək, fikirlərdə təhqir, söyüş olmasın, senzuradan kənar hansısa ifadələrə yol verilməsin. Təbii ki, zərərli vərdişlərin, istər qəlyan, istər siqaret çəkməyin reklamını qəbul etmirəm. Bu, mənim şəxsi fikrimdir. Amma yaxşı olar ki, həmkarlarımız müəyyən məsələlərdə diqqətli olsunlar”, - deputat bildirib.

N.Məhəməliyev ““Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanunun 6-cı (Vicdanlı və mədəni davranış) maddəsinə əsasən, deputat Milli Məclisin nüfuzuna və yüksək deputat adına xələl gətirə biləcək davranışa yol verməməli, deputat adını, şərəf və ləyaqətini uca tutmalıdır, eyni zamanda bütün növ qəlyanlar tütün məmulatlarına bərabər tutulur və reklamı qadağandır, bununla “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun da tələbləri pozulub” deyənlərə isə belə cavab verib:
“Əgər hər deyilən sözə, işlədilən ifadəyə görə İntizam Komissiyası yığılıb hansısa tədbir görməlidirsə, onda Komissiyanın işi həddindən çox olar. İnanmıram ki, belə bir tədbir görülər. Sadəcə, yanaşma tərzi düzgün deyil. Ələlxüsus, üzdə olan ictimai-siyasi, aktiv insanlar yaxşı olar ki, gənclərə daha müsbət örnək göstərsinlər. Yəqin, Razi Nurullayev həmin an fikirləşməyib, bir az fərqli düşünüb, əhval-ruhiyyəsi fərqli olub”. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin