Bulvarda skuterlərə qoyulan qadağa ilə bağlı RƏSMİ AÇIQLAMA  

Hazırda oxunan: Bulvarda skuterlərə qoyulan qadağa ilə bağlı RƏSMİ AÇIQLAMA  

141034

Dənizkənarı Bulvar İdarəsinə daxil olan vətəndaş şikayətləri əsasında Milli Park ərazisində skuterlərin hərəkətinə 01.06.2023-cü il tarixindən məhdudiyyət qoyulub. 

Dənizkənarı Bulvar İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, məhdudiyyət tətbiq olunduğu gündən skuter istifadəçilərinin yenidən Milli Park ərazisində bu nəqliyyat vasitəsinin istifadəsi məsələsinə baxılması ilə bağlı İdarəyə çoxsaylı müraciətləri daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda skuterlər üçün yol zolağı salınacaq? - TƏKLİF


Hər iki tərəfin asudə vaxtını Bulvar ərazisində rahat, səmərəli keçirməsini təmin etmək məqsədi ilə skuterlərin hərəkəti üçün yeni konsepsiya hazırlanıb.

Yeni qaydalara əsasən Milli Park ərazisində hərəkətdə olan skuterlərin sürət həddi maksimal olaraq 17 km/saat olması qərara alınıb, vətəndaşların sıx olduğu dənizkənarı zolaq skuterlərin hərəkəti üçün tam məhdudlaşdırılıb.

Hərəkət üçün təyin olunmuş digər zolaqlarda yeni quraşdırılan yol nişanları skuter istifadəçilərinə maneəsiz hərəkət üçün kömək olacaq. 

Bildirilib ki, bu nəqliyyat vasitəsini sürən şəxslərdən qaydalara riayət etməsi, onu icarəyə verən operatorlardan proqram təminatlarında məhdudiyyətlərlə bağlı bu yenilikləri skuterlərə tətbiq etmələri, proqram təminatı olmayan operatorlardan isə proqram təminatını yaradıb, qaydalara əməl etmələri xahiş olunur.

Əks təqdirdə müvafiq tədbirlər görüləcək.

Dənizkənarı Bulvar İdarəsi bundan sonra da vətəndaşların Milli Park ərazisində rahat, təhlükəsiz istirahət etməsi üçün səlahiyyətləri çərçivəsində bütün lazımi tədbirləri yerinə yetirəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin