"Elektron xidmətin arxasında nə qədər büdcə dayanır? Elə dövlət qurumları var ki, onlara büdcədən pul verilmir, elektronlaşmanı öz təşəbbüsləri ilə ediblər. Elə dövlət qurumu var ki, bir xidmətin elektronlaşmasına 10 il ərzində ayrı-ayrı adlar altında böyük məbləğdə pullar ayrılıb. Amma xidmət keyfiyyətsizdir. Məsələn, Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin sistemində. Adını da alt sistem qoyublar... "
Bizim.Media xəbər verir ki bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Dövlət orqanlarının göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğun qiymətləndirilməsi" adlı analitik hesabat üzrə tədbirdə bildirib.
Onun sözlərinə görə, elə dövlət qurumu var ki, yenidən xidmətinin elektronlaşmasını istəyir:
"Elektronlaşmışdı da... İlk olaraq buna aydınlıq gətirilməlidir. Xidmətin elektronlaşması ilə bağlı onun maliyyə təminatı məsələləri nə yerdədir? İkinci məsələ koordinadiyadır. Ölkədə Elektron Hökümət Agentliyinin yaradılması ilə bağlı Prezidentin sərəncamı var idi. Hara getdi o Agentlik?
ASAN elektron hökumətlə bağlı məsələni bəlli səviyyəyə gətirib. Amma ordan o tərəfə apara bilmədi.
Çünki koordinasiya yoxdur. ASAN inteqrasiya ilə bağlı məsələri həll edə bilmədi. Ən azı Prezident və ya Nazirlər Kabineti səviyyəsində koordinasiya ilə bağlı məsələr olmasa, məlumat mübadiləsinə inteqrasiya edə bilməyəcəyik".
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:13 / 12.06.2023
“Elektronlaşma üçün böyük vəsait ayrılıb, xidmət isə keyfiyyətsizdir” – Osman Gündüz
Hazırda oxunan: “Elektronlaşma üçün böyük vəsait ayrılıb, xidmət isə keyfiyyətsizdir” – Osman Gündüz
Hazırda oxunan: “Elektronlaşma üçün böyük vəsait ayrılıb, xidmət isə keyfiyyətsizdir” – Osman Gündüz
141017
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.