Bakı-Sumqayıt qatarlarında kağız biletlər və biznes vaqonlar LƏĞV EDİLİR 

Hazırda oxunan: Bakı-Sumqayıt qatarlarında kağız biletlər və biznes vaqonlar LƏĞV EDİLİR 

140985

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) rəqəmsal ödənişlərin genişləndirilməsi, köşklərdə və kassalarda növbələrin aradan qaldırılması və kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının alınması məqsədilə iyulun 1-dən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara kağız biletlərin satışını dayandıracaq. 

Bizim.Media xəbər verir ki, bu barədə qurumun məlumatında bildirilib. 

Müvafiq marşrut üzrə qatarlarda gediş NFC-ni dəstəkləyən bank və ya ADY-yə məxsus gediş kartları ilə təmassız və rahat şəkildə həyata keçirilə bilər. 

ADY-yə məxsus gediş kartlarını Abşeron dairəvi dəmir yolu marşrutu üzrə fəaliyyət göstərən bütün stansiyaların kassalarından əldə etmək mümkündür. Bir ədəd ADY gediş kartının qiyməti 2 AZN təşkil edir. 

Xatırladaq ki, sərnişinlər ADY gediş kartlarından istifadəni dayandırdıqları təqdirdə kartları kassalara təhvil verməklə kart üçün ödənilmiş və balansda olan məbləği geri ala bilərlər. 
Bununla yanaşı, Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların ekonom vaqonlarında müşahidə olunan sərnişin sıxlığının aradan qaldırılması məqsədilə 1 iyul 2023-cü il tarixindən etibarən biznes vaqonundan ekonom vaqon kimi istifadə olunması təmin olunacaq. Bu halda ödəniş ekonom vaqon üçün müəyyən olunmuş tarif üzrə həyata keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin