Vətəndaşların dövlət qurumlarına əlçatanlığı hansı səviyyədədir? – Zahid Orucdan AÇIQLAMA

Hazırda oxunan: Vətəndaşların dövlət qurumlarına əlçatanlığı hansı səviyyədədir? – Zahid Orucdan AÇIQLAMA

140977

"Vətəndaşların dövlət qurumlarına əlçatanlığı təmin olunub. Lakin vahid elektron bazasının olmaması tədqiqatların aparılmasına bir qədər çətinliklər yaradıb".  

Bizim.Media xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc "Dövlət orqanlarının göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğun qiymətləndirilməsi" adlı analitik hesabatı təqdim edərkən qeyd edib.  
 

MÖVZU İLƏ BAĞLI:

“Virtual sərhədlərimizin yaradılması vacibdir” – Zahid Oruc  


Onun sözlərinə görə dövlət orqanlarının eletronlaşması və avtomatlaşdırılması göstərilsə də, bu sahənin tam təmin olunmaması ortaya çıxıb: 

"Göstərilən dövlət xidmətlərinin sayı 1147, o cümlədən elektron xidmətlərin sayı 567-dir. Tədqiqata başlayarakən Dövlət Xidmətləri Portalında 139 dövlət orqanı (qurumu) üzrə 1005 xidmətin, o cümlədən 501 elektron xidmətin  adı qeyd olunub. Ölkə üzrə maksimum əhatəliliyin təmin olunması üçün Naxçıvan MR və işğaldan azad edilmiş ərazilər istisna olmaqla bütün regionlar (iqtisadi rayonlar) seçmə çərçivəsinə daxil edilib".  

Zahid Oruc vurğulayıb ki, ölkənin 14 iqtisadi rayonundan 12-si üzrə, 8-i respublika tabeli şəhər, 40-ı inzibati rayon olmaqla ümumilikdə 48 rayon və şəhərdə klasterlər müəyyən olunub:

"Məlumat bazasından 37 şəhər, 9 qəsəbə, 42 kənd olmaqla ümumilikdə 88 klaster xüsusi proqram vasitəsilə əhali sayına proporsional qaydada sorğu üçün seçilib. Sorğularda 2022-ci ilin birinci yarısı üzrə dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlərdən istifadə etmək üçün müraciət edən 18 yaşından yuxarı respondentlər iştirak edib. Sorğu anketinə 10 əsas, 7 sosio-demoqrafik olmaqla ümumilikdə 17 sual daxil edilib. Sorğunun əsas suallar üzrə orta davametmə müddəti 8 dəqiqə 6 saniyə təşkil edib".  

Zahid Oruc həmçinin bildirib ki, dövlət orqanlarının göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğun qiymətləndirilməsi Analitik Hesabat “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın Tədbirlər Planının 4.9-cu yarımbəndinə əsasən hazırlanıb. 

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin