Deputat Vanqanın proqnozlarından YAZDI - "Bu il nüvə savaşı təhlükəsi var"

Hazırda oxunan: Deputat Vanqanın proqnozlarından YAZDI - "Bu il nüvə savaşı təhlükəsi var"

140958

Millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev məşhur bolqarıstanlı ekstrasens Vanqanın 2023-cü ilə dair qorxunc proqnozlarına diqqət çəkib.

Bizim.Media xəbər verir ki, deputat bu barədə sosial şəbəkə hesabında yazıb.

Razi Nurullayev Vanqanın bir neçə təhlükəli proqnozunu xatırladıb:

"Dağıdıcı nüvə fəlakəti olacaq. Atom stansiyasında partlayış olacaq və zəhərli buludlar Asiyanın üzərini alacaq.

Yerin orbiti dəyişəcək. Günəşdə baş verən fırtınalar Yerin iqliminə təsir edəcək. Dünyadakı super güclərdən biri bioloji silahdan istifadə edəcək. Bu yüz minlərlə insanın məhv olmasına səbəb olacaq. 2023-cü ildən sonra körpələri laboratoriyalarda yetişdirəcəklər. Təbii yolla doğuşlar azalmağa başlayacaq. Valideynlər özləri uşaqlarının hansı üz cizgilərinə malik olmasını (sarışın, qaraşın, mavi gözlü və s.) seçə biləcəklər". 

Daha sonra "Allah dünyamızı qorusun" deyən millət vəkili sözügedən proqnozlarla bağlı qeydlərini də yazıb:

"Belə çıxır ki, Rusiya-Ukrayna müharibəsində nüvə silahının işlənməsi təhlükəsi var. 

İqlim dəyişikliyi ilə bağlı isə təhlükə hər il artır. İstilər nəticəsində meşələr yanır, çaylar quruyur və ərzaq azalır.
Süni intellekt isə başqa bir qorxulu röyadır. Əmr edəcəklər ki, get filan işi et. Hollivudun çəkdiyi "Universal soldat" filmini görmüşük. "Terminator", "Matrix" filmləri, ulduz müharibələri. Əmin oluram ki, Hollivud nə çəkirsə, sonra o reallığa çevrilir".


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin