Bakıda film kimi OLAY: Təcili yardımın əməkdaşları yaralının ölümünə səbəb oldu

Hazırda oxunan: Bakıda film kimi OLAY: Təcili yardımın əməkdaşları yaralının ölümünə səbəb oldu

140944

Bakının Suraxanı rayonunda yol qəzası zamanı yaralanan qadın təcili yardım avtomobilində ölüb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.

1952-ci il təvəllüdlü Rəhmanova Hilda Cavad qızı yolu keçərkən onu Nurlan Həşimovun idarə etdiyi “Opel” markalı avtomobil vurub. Qadın xəsarətlər aldığından 11 saylı Təcili Tibbi Yardım Stansiyası Hövsan filialının əməkdaşları tərəfindən Sabunçu Tibb Mərkəzinə gətirilib.
Hadisəni törətdiyi deyilən sürücü və H.Rəhmanovanın qohumları bildiriblər ki, təcili yardım xidmətinin əməkdaşları yaralını xərəklə rentgen otağına apararkən xərək nasaz olduğundan qadın orada yerə düşüb və ağır xəsarət alaraq ölüb.

Yaxınları onu da qeyd edirlər ki, hadisə zamanı xəsarət alan Hilda Rəhmanovanın huşu özündə olub.

Hazırda faktı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin