Mərkəzi Zabitlər Evində yazıçı-publisist Zemfira Məhərrəmli ilə görüş keçirildi

Hazırda oxunan: Mərkəzi Zabitlər Evində yazıçı-publisist Zemfira Məhərrəmli ilə görüş keçirildi

140915
Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin kitabxanasında tanınmış yazıçı-publisist, Qarabağ mövzusunda əsərlər müəllifi Zemfira Məhərrəmli ilə görüş keçirilib. Görüşə müəllifin "Döyüşə qızlar gedir", "Qarabağda savaş var" və "Qırx qız dastanı" publisistik kitablarının qəhrəmanları − döyüşçü qadınlar da dəvət olunub.
Qeyd edək ki, Z.Məhərrəmli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm olaraq yazan müəlliflərdəndir. O, Qarabağ müharibəsinin alovlandığı illərdə qaynar bölgələri qarış-qarış gəzərək bu amansız savaşda kişilərlə çiyin-çiyinə döyüşən vətən müdafiəçilərinin qəhrəmanlığından bəhs edən cəbhə reportajları, sənədli hekayələr və oçerklər yazıb. Elə həmin vaxtdan Qarabağ mövzusu jurnalist Z.Məhərrəmlinin sanki vizit vərəqəsinə çevrilib. Həmin mövzunun davamı olaraq, az sonra müəllifin ingilis dilində nəşr olunan "Garabakh war witnessed by women" və Sankt-Peterburqda işıq üzü görmüş "КарабахÑx81каÑx8f война: Ñx81ражалиÑx81ÑŒ и женшины" kitabları oxucuların ixtiyarına verilib.
Bu kitabların qəhrəmanları erməni qəsbkarlar və onların havadarlarına qarşı fədakarlıqla döyüşmüş hünərvər Azərbaycan qadınlarıdır. Müəllif batalyonlarda, hərbi-səhra hospitallarında qarşılaşdığı döyüşçülərin çətin və şərəfli cəbhə həyatını qələmə alıb.
Mərkəzi Zabitlər Evi kitabxanasının müdiri, şairə Zəminə Xınalı qonaqları salamlayıb. Görüşdə çıxış edən keçmiş döyüşçülər − Kəmalə Qəhrəmanova, Xanımzər Həsənova, Rüxsarə Cumayeva, Gülpəri Sərkərova, Zibeydə Abdullayeva, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas döyüş xatirələrini söyləyiblər. Onlar bu gün də torpaqlarımızın işğaldan azad edilməsi naminə döyüşlərə atılmağa hazır olduqlarını bildirərək, hərbi-vətənpərvərlik mövzusunda mətnlərə orta məktəb dərsliklərində daha çox yer ayrılmasını zəruri sayıblar.
Z.Məhərrəmli və digər çıxış edənlər bu gün xa0gənc əsgər və zabitlərin döyüş əzminin yüksəldilməsi istiqamətində mühüm işlərin görüldüyünü söyləyib, böyüyən nəslin doğma yurda məhəbbət ruhunda xa0tərbiyəsinin daha da gücləndirilməsinin, orta məktəblərdə, tələbə auditoriyalarında keçmiş döyüşçülərlə görüşlərin keçirilməsinin, onların şəxsi nümunəsindən öyrənməyin vacibliyini vurğulayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin