Afina yeganə Avropa paytaxtıdır ki, burada heç bir rəsmi məscid yoxdur. Odur ki, şəhərdə yaşayan müsəlmanlar ibadət üçün icarəyə götürülmüş məkanlarda xa0daldalanmağa məcburdurlar. xa0
Moderator.az -ın xarici mediaya istinadla verdiyi xəbərə görə, müsəlman ibadətgahının təməli 2000-ci ildə qoyulmalıydı. Ancaq yerli sakinlərin etirazları səbəbindən məscidin tikintisi qeyri-müəyyən müddətə təxirə salınıb. xa0
Hazırda Afinanın müsəlman icması xa0300 min xa0nəfər təşkil edir. xa0Müsəlmanların hamısı namaz və digər ritual ayinlərini xaraba qalmış müəssisə, fabrik və zavodların ərazilərində, eləcə də zirzəmilərdə icra edirlər. İndi şəhərdə yüzlərlə belə dırnaqarası ibadətgah var. xa0xa0

Pakistan icmasının rəhbəri Cavad Aslam xa0deyir: “Yunanıstan konstitusiyasında xa0din azadlığı haqqında maddə xa0var. Ancaq mənim din azdlığım yoxdur. Yunanıstan yüz minlərlə müsəlman üçün məscid tikməlidir. xa0Yalnız onda bütün dünya bilər ki, burada inanclıların haqları qorunur. xa0Hökumətin edə biləcəyi ən pis şey müsəlmanları xa0“yeraltı”x9dna göndərməkdir. xa0Məlum olduğu kimi, radikallaşma xa0təhlükəsi məhz orada başlayır...”x9d

Sultan Laçın
































































































